"Sumqayıt" qış fasiləsində Azərbaycanda qalamayacaq - Bu ölkəyə yollanacaq

"Sumqayıt" qış fasiləsində Azərbaycanda qalamayacaq - Bu ölkəyə yollanacaq

"Sumqayıt" qış fasiləsində Azərbaycanda qalmayacaq.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, komanda Türkiyənin Antalya bölgəsinə yollanacaq.

"Kimyaçılar"ın sözçüsü Zaur Xudiyev məlumatı təsdiqləsə də hazırlıq planlarının hələ dəqiqləşmədiyini bildirdi: "Bəli, komanda yanvarda Antalyada olacaq. Amma Türkiyəyə hansı tarixdə yollanacağımız, neçə yoxlama oyunu keçirəcəyimiz hələ dəqiqləşməyib. Bu məsələlərə dekabrın ikinci yarısında aydınlıq gələcək".

Xatırladaq ki, "Sumqayıt"ın baş məşqçisi serbiyalı mütəxəssis Saşa İliçdir. "Gənclik şəhəri" təmsilçisi Misli Premyer Liqasının turnir cədvəlində 20 xalla 5-ci pillədə qərarlaşıb.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər