"Sumqayıt" qalanları saxlayacaq

"Sumqayıt" qalanları saxlayacaq

Yeni baş məşqçisinin adını yaxın günlərdə açıqlayacağı gözlənilən "Sumqayıt" sıralarına yeni oyunçu cəlb etməsə də, bu yöndə çalışmaları davam etdirir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "kimyaçılar" 7-8 transfer etməkdə qərarlıdırlar.

Bu da dəqiqdir ki, rəhbərlik hazırda komandada olan futbolçulardan heç biri ilə vidalaşmaq niyyətində deyil.

Qeyd edək ki, mövsüm başa çatandan sonra "gənclik şəhəri" təmsilçisini 8 futbolçu tırk edib. Bunlar Vüqar Mustafayev (karyerasını bitirib), Miloş Miloviç, Momo Yansane, Rövlan Muradov, Murad Xaçayev, Elvin Bədəlov, Cəsurbek Cəloliddinov, Bobir Abdixolikovdur.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər