"Sumqayıt" müdafiəçisini itirdi

"Sumqayıt" müdafiəçisini itirdi
"Sumqayıt" "Rəvan"la oyuna tam heyətlə çıxmayacaq. Fanat.az xəbər verir ki, baş məşqçi Aqil Məmmədov XXIX turun oyunundan Bəxtiyar Həsənalızadənin xidmətindən yararlana bilməyəcək.
Belə ki, 22 yaşlı müdafiəçi cəzalı duruma düşüb. AZAL-la oyunun 45-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanaraq sarı vərəqələ limitini doldurub. Bəxtiyar bundan əvvəl "Qəbələ" (XI tur), "Bakı" (XXIV) və "İnter"lə (XXV) oyunlarda "sarı" almışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər