"Neftçi" "Sumqayıt"la oyunda daha bir aparıcı futbolçusunun xidmətindən yararlana bilməyəcək. Fanat.az xəbər verir ki, Mahir Şükürov XV turun qarşılaşmasında meydana çıxmayacaq.
Buna səbəb futbolçunun sarı vərəqə limitini doldurması olub. "İnter"lə oyunun 90+3-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə sarı vərəqə alan Şükürov cəzalı duruma düşüb.
Qeyd edək ki, Mahir III turda "Simurq"la matçın 90+2-ci (qeyri-idman hərəkəti), IX turda "Qəbələ" ilə görüşün 21-ci (hakimin qərarına etiraz) və XI turda yenə "Simurq"la qarşılaşmanın 72-ci dəqiqəsində (qeyri-idman hərəkəti) sarı vərəqə alıb.
Onu da qeyd edək ki, "İnter"lə oyunda qırmızı vərəqə alan Flavinyo da "Sumqayıt"a qarşı oynamayacaq.
Fanat.az