"Sumqayıt" Lənkəranda tam heyətlə oynaya bilməyəcək

"Sumqayıt" Lənkəranda tam heyətlə oynaya bilməyəcək
Premyer Liqanın XVIII turunda "Xəzər Lənkəran"ın qonağı olacaq "Sumqayıt" meydana tam heyətlə çıxa bilməyəcək. Fanat.az xəbər verir ki, baş məşqçi Aqil Məmmədov 4 futbolçunun xidmətindən məhrum olub.
Belə ki, hakim söydüyünə görə cəzalanan Samir Abasov, Slavik Alxasov və Ruslan Qurbanovla yanaşı, Aleksandr Çertoqanov da matçı buraxacaq. Belində yaranan ağrılar səbəbindən düşərgəni tərk edən futbolçu hazırda müalicə olunur. Vurğun Hüseynovun da zədəsi var və Lənkərana aparılmayıb. Nurlan Novruzovun oynaması isə sual altındadı.
Əvəzində xəstələnən Orxan Əliyev artıq sağalıb. Onların Lənkəranda meydana çıxacağı dəqiqdi. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər