"Sumqayıt" klubunda iclas keçirildi

"Sumqayıt" klubunda iclas keçirildi

"Sumqayıt" futbol klubunun rəhbərliyi və məşqçilər heyəti arasında iclas keçirilib.

Fanat.Az xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisi məlumat yayıb.

Toplantıda verilən qərara əsasən, İsa Suliman komandanın əsas kapitanı təyin olunub. Vitse-kapitanlar isə Roi Kehat və Höccət Haqverdi olacaq.

Xatırladaq ki, daha əvvəl "Sumqayıt"ın kapitanı Səbuhi Abdullazadə idi. O, beş ay yaşıl meydanlardan kənarda qalacaq.

Yarımmüdafiəçi "Neftçi"yə qarşı Misli Premyer Liqasının I turunun qarşılaşmasının 74-cü dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra meydandan kənarda əli ilə dəhlizin şüşəsini sındırıb.

Böyük şüşə parçası ayağına düşərək onu ciddi zədələyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər