"Sumqayıt" Topaz Premyer Liqasının VIII turunda "Bakı"nın qonağı olacaq. Fanat.az xəbər verir ki, Aqil Məmmədovun komandası bu qarşılaşma üçün hazırlığını davam etdirir.
Komanda tam heyətlə hazırlaşa bilmir. Belə ki, bir müddət əvvəl zədələnən Zaur Həşimov hələ ki, məşqlərdən kənarda qalıb. "Neftçi" ilə görüşdə zədələnən qapıçı Anar Nəzirov isə fərdi məşqlərlə kifayətlənir. Digər qapıçı Elçin Sadıqov isə zədəsini sağaldaraq kollektivə qoşulub.