"Sumqayıt" iki əskiklə başladı

"Sumqayıt" iki əskiklə başladı

Topaz Premyer Liqasının son turunda AZAL üzərində əzmkar qələbə qazanan "Sumqayıt" istirahəti başa vurub. Fanat.az xəbər verir ki, Aqil Məmmədovun komandası bu gün Sumqayıtda "Rəvan"la oyunun hazırlığına start verib. 

Zədəli olan hücumçu Pərdis Fərcad-Azad və müdafiəçi Elşad Manafov komandadan ayrı çalışıb. Məşqə iki tərəfli oyunla yekun vurulub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər