"Sumqayıt" AZAL-la oyuna tam heyətlə çıxa bilməyəcək. Fanat.az xəbər verir ki, baş məşqçi Aqil Məmmədov Vurğun Hüseynovun xidmətindən məhrum olub.
Komandanın aparıcı müdafiəçisi cəzalı duruma düşüb. Belə ki, "Qəbələ" ilə oyunun 34-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan Hüseynov vərəqə limitini doldurub. O, bundan əvvəl "Bakı", "Rəvan" və AZAL-la oyunlarda sarı vərəqə almışdı.
Vurğun həm də "Qəbələ" ilə oyunda sifətindən zədə alıb və hazırda komanda ilə məşq etmir.
Fanat.az