"Sumqayıt" braziliyalı müdafiəçi transfer etdi - RƏSMİ

"Sumqayıt" braziliyalı müdafiəçi transfer etdi - RƏSMİ

Transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.

Fanat.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi braziliyalı müdafiəçi Alan Diasla 1+2 illik müqavilə imzalayıb. 

25 yaşlı müdafiəçi komandada 5 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Sumqayıt” bugünə qədər Rəhim Sadıxov, Fernando Medeiros, Slavişa Radoviç, Nikola Vuynoviç, Sərtan Taşqın və Silvanus Nimelinin keçidini reallaşdırıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər