Çox sayda oyunçu ilə yollarını ayıran "Sumqayıt" transfer çalışmalarını davam etdirir. Fanat.az xəbər verir ki, hazırda gənclik şəhəri təmsilçisinin düşərgəsində çox sayda oyunçu var.
Onlardan "Bakı"nın üzvləri - Rəhman Hacıyevlə Elşad Manafov, "Qəbələ"dən ayrılan Şəhriyar Xəlilov və "Qarabağ"ın azad agent statusu verdiyi Kamil Hüseynovla yaxın günlərdə müqavilə imzalanacaq.
Fanat.az