"Sumqayıt" 3 əskiklə hazırlaşır

"Sumqayıt" 3 əskiklə hazırlaşır
Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində doğma azarkeşləri qarşısında "İnter"lə qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir. Fanat.az xəbər verir ki, komanda bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşqə çıxıb. 
"Bakı" ilə qarşılaşmada zədələnən Nurlan Novruzov artıq zədəsini sağaldıb və kollektivlə birgə hazırlaşır. Zaur Həşimov isə hələki bərpa prosesi keçməkdədi. Orxan Əliyev və Ruslan Nəsirli U-19-un düşərgəsində olduğu üçün hazırlığa nisbətən gec qoşulacaq.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər