"Sumqayıt" 25 yaşlı vingerlə gücləndi

"Sumqayıt" 25 yaşlı vingerlə gücləndi

"Sumqayıt" klubu son olaraq Fransanın "Qrenobl" komandasında çıxış etmiş Mamadi Banqreni transfer edib.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu ilə "1+2" illik müqavilə imzalanıb.

25 yaşlı vinger "Sumqayıt"da 11 nömrəli formada çıxış edəcək.

Banqre Fransanın "Tuluza" klubunun yetirməsidir. O, karyerası ərzində "Tuluza", "Trua", "Pau" və "Qrenobl" komandalarının formasını geyinib. Futbolçu Burkina Faso millisində isə 9 oyun keçirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər