"Sumqayıt" 1-ci Liqa komandasına qarşı tam heyətlə mübarizə aparacaq

"Sumqayıt" 1-ci Liqa komandasına qarşı tam heyətlə mübarizə aparacaq

Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Difai"nin qonağı olacaq "Sumqayıt" 1-ci Liqa təmsilçisinə qarşı matçın hazırlıqlarını davam etdirir.

"Kimyaçılar"ın sözçüsü Zaur Xudiyevin Fanat.Az-a verdiyi məlumata görə, Saşa İliçin rəhbərlik etdiyi kollektiv kubok qarşılaşmasına itkisiz çıxacaq:

"Cəzalı oyunçu yoxdur. Uzun müddətə sıradan çıxdığı öncədən bəlli olan müdafiəçi Ayxan Süleymanlını nəzərə almasaq, zədə səbəbindən də hansısa futbolçu "Difai" ilə oyunu kənardan izləməyəcək".

Qeyd edək ki, "Difai" - "Sumqayıt" görüşü dekabrın 4-də baş tutacaq. İliçin komandası Sumqayıt şəhər stadionunda nominal qonaq  qismində mübarizə aparacaq. Oyunun start fiti 19:00-da səsləndiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər