"Qəbələ"nin futbolçusu Deyan Kelhar karyerası Serbiyada davam etdirə bilər. Fanat.az xəbər verir ki, Sloveniya yığmasının üzvünə bu ölkənin iki ən önəmli klubundan biri olan "Srvena Zvezda" elçi düşüb.
Komandanın baş məşqçisi Slavişa Stoyanoviç Kelharı bu həftə sərəncamında görmək istəyir. Transferin baş tutub-tutmayacağı tezliklə bilinəcək. Maraqlıdı ki, Kelharın adı "Qəbələ"nin wikipedia.org səhifəsindən çıxarılıb.
Qeyd edək ki, 2012/13 mövsümündən "Qəbələ"də çıxış edən 29 yaşlı müdafiəçi 38 oyunda 1 qol vurub. Kelhar cari mövsümdə cəmi 7 oyunda meydana çıxıb və baş məşqçi Yuri Syomin ona güvənmir.
Fanat.az