"Srvena Zvezda" Bakıya gəlir

"Srvena Zvezda" Bakıya gəlir
Bu gün qadın voleybolçular arasında CEV kubokunun 1/16 final mərhələsinin növbəti oyunları keçirilib. Fanat.az xəbər verir ki, yarışdakı yeganə təmsilçimiz “Lokomotiv” cavab oyununu Bakıda keçirib.
Almaniyanın “Rote Raben” klubunu qəbul edən "Lokomotiv" 3:1 hesablı qələbə qazanıb. Səfərdə 3:0 hesablı qələbəyə sevinən təmsilçimiz 1/8 finala çıxıb.
Növbəti mərhələdə "Lokomotiv" Serbiyanın “Srvena Zvezda” klubu ilə qarşılaşacaq. İlk görüşünü dekabrın 9-11-də səfərdə keçiriləcək “dəmiryolçular” cavab qarşılaşmasına 1 həftə sonra Bakıda çıxacaq.
 
Qeyd edək ki, “Srvena Zvezda” Sloveniyanın “Kalsit” mübarizədən kənarlaşdırmaqla, mərhələ adlayıb. Onlar da “Lokomotiv” kimi səfərdə 3:0, evdə 3:1 hesabı ilə qələbə qazanıblar.
 
CEV kuboku
1/16 final
Cavab oyunu
26 noyabr
Lokomotiv (Azərbaycan) - Rote Raben (Almaniya) 3:1 (25:22; 25:23; 22:25; 25:17)
Hakimlər: Alim Batyuk (Ukrayna), İskra Zidaniç (Xorvatiya).
Bakı. Voleybol Mərkəzi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər