"Qəbələ"nin yeni baş məşqçisi İvaylo Petevlə bağlı maraqlı xəbərlər yayılıb. Fanat.az xəbər verir ki, Bolqarıstan mətbuatı mütəxəssisin təklif aldığı klubların adlarını açıqlayıb.
Həmkarlarımız iddia edib ki, AEL-dən ayrılan Petev Rumıniyanın “Styaua”, Rusiyanın “Spartak” (Moskva) və Bolqarıstanın “Liteks” klublarından təklif alıb. Amma daha cəlbedici olan "Qəbələ"nin təklifini qəbul edib.
Fanat.az