"Spartak" azərbaycanlı futbolçunu transfer etmək istəyir

"Spartak" azərbaycanlı futbolçunu transfer etmək istəyir
Aleksandr Səmədov qışda klubunu dəyişə bilər. Fanat.Az xəbər verir ki, Rusiya yığmasının Azərbaycan əsilli futbolçusu Moskva "Spartak"ının maraq dairəsinə düşüb.
Hazırda Moskva "Lokomotiv"ində çıxış edən yarımmüdafiəçi bu klubla 2019-cu ilədək müqaviləsi var. Lakin müqavilədə futbolçunun yaxşı təklif nəticəsində klubu erkən tərk etməsinin mümkünlüyü barədə şərt yer alıb.
"Lokomotiv" Aleksandr Səmədovu 2012-ci ildə Moskva "Dinamo"sundan 8 milyon avroya alıb. "Transfermarkt" hazırda ona 4 milyon avro qiymət qoyub. Cari mövsümdə 16 rəsmi oyuna çıxan futbolçu 5 qol vurub. 32 yaşlı futbolçunun hazırkı maaşı illik 1.2 milyon dollardır.
Qeyd edək ki,  Səmədov “Spartak”ın yetirməsidir. O, 2001-2005-ci illərdə bu klubun heyətində 47 oyun keçirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər