"Situasiyamı nəzərə alıb "Qəbələ"dən şikayət etdim"

"Situasiyamı nəzərə alıb "Qəbələ"dən şikayət etdim"
"Qəbələ"nin əvəzedici komandasının sabiq baş məşqçisi Luis Araqonun klub tərəfindən yola salındığından xəbəri olanlar var. İspaniyalı baş məşqçi mətbuata verdiyi açıqlamasında klubun ona borclu olduğunu bildirib.
O, Qaynar.info-nun redaksiyasına göndərdiyi məktubda artıq klubdan FIFA-ya şikayət ünvanladığını təsdiqləyib. Həmin məktubun mətnini təqdim edirik:
"Qəbələ" mənə borclu olan məbləği ödəmədiyindən, mən məcbur oldum, klubu şikayət etdim. Əlbəttə ki, mənim üçün çox çətin oldu bu qərarı vermək. Çünki "Qəbələ" mənə həmişə doğma klub olub və mən burda keçirdiyim 3 il ərzində kluba qarşı həm hörmətlə, həm də peşəkarlıqla yanaşdım. Amma təəssüf ki, klub tərəfindən özümə qarşı bunun qarşılığını görmədim. Situasiyamı nəzərə alıb klubu şikayət etdim. Və inanıram ki, "Qəbələ" tez bir zamanda mənim məsələmə aydınlıq gətirib mənə olan borcunu ödəyəcək və bu məsələnin daha da dərinə gedəcəyinə imkan verməyəcək".
Yeri gəlmişkən, Luis Araqon son 8 ay yox, 6 ayın maaşının ona verilmədiyini də əməkdaşımızın nəzərinə çatdırıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər