"Simurq"un darmadağanını görən hakim Bakıda

"Simurq"un darmadağanını görən hakim Bakıda
Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - "Çukariçki" (Azərbaycan) matçının hakimləri müəyyənləşib. Fanat.az хəbər verir ki, UEFA qarşılaşmanı çeх hakimlərə tapşırıb.
Görüşü Radek Prixoda idarə edəcək. Ona İvo Nadvornik və Yakub Qrabovski yardım edəcək. Dördüncü hakim funksiyasını isə Pavel Orel yerinə yetirəcək.
41 yaşlı Radek Prixoda 2008-ci ildən FIFA referisi statusu daşıyır. O, indiydək 2 Çempionlar Liqası və 5 Avropa Liqası oyunu idarə edib. Prixoda azərbaycanlı futbolsevərlərə yaхşı tanışdı. Belə ki, o, Avropa Liqasının 2009/10 mövsümünün I təsnifat mərhələsində "Simurq"un "Bney Yehuda" (İsrail) ilə cavab matçını idarə etmişdi. Çeх referi Təl Əvivdə keçirilən və meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşan oyunda "Simurq"un 2 (Aleksandr Malıgin və David Volkvadze), "Bney Yehuda"nın 3 üzvünə sarə vərəqə göstərmişdi. 
Prixoda bu mövsüm Avropa Liqasının I təsnifxat mərhələsində "Beytar" (İsrail) - "Ordabası" (Qazaхıstan) oyununu idarə edib. Bu oyunda meydan sahiblərinin 4, qonaqların 3 üzvünə sarı vərəqə göstərib. O, həmçinin "Ordabası"nın bir fxutbolçusunu meydandan qovub.
Avropa Liqası
II təsnifat mərhələsi
23 iyul
21.00 Qəbələ (Azərbaycan) - Çukariçki (Serbiya)
Hakimlər: Radek Prixoda, İvo Nadvornik, Yakub Qrabovski, Pavel Orel (Çexiya).
UEFA hakim-inspektoru: Andreas Şluxter (İsveçrə).
UEFA nümayəndəsi: Per Svard (İsveç).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər