Dünən Zaqatalada keçirilən “Simurq” - “İnter” qarşılaşmasını izləyənlər arasında təcrubəli məşqçi Ağasəlim Mircavadov da olub. Fanat.az xəbər verir ki, Mircavadovun Zaqatalada görünməsi müəyyən söz-söhbətlərə yol açıb.
Futbol kluarlarında gəzən söz-söhbətə görə, Mircavadov uğursuz çıxış edən “Simurqa”a baş məşqçi gətiriləcək. Məsələyə münasibət öyrənmək üçün işsiz məşqçinin özü ilə əlaqə saxladıq. Mircavadov bildirdi ki, Zaqatala klubundan heç bir təklif almayıb: “Bunlar hamısı şayiədi. Bura oyuna baxmağa gəlmişdik. İndi də Qəbələyə gedirik, “Qəbələ” - "Xəzər Lənkəran” oyununu izləmək üçün”.
publika.az