"Simurq" sabah ilk matçına çıxacaq

"Simurq" sabah ilk matçına çıxacaq
Sloveniyada təlmm-məşq toplanışında olan "Simurq" sabah ilk yoxlama oyununu keçirəcək. Fanat.az xəbər verir ki, baş məşqçi Georgi Çixradze yetirmələrini sloveniyalılarla oyunda sınayacaq.
Belə ki, "Simurq" "Aluminiy" klubu ilə qarşılaşacaq. Komanda Sloveniyanın 1-ci liqasında çıxış edir.
"Aluminiy" klubu 1946-cı ildə yaradılıb. Komanda tarixi ərzində aşağı liqalarda dəfələrlə çempion olub, 2001/02 mövsümündə Sloveniya Kubokunda final oynayıb. "Aluminiy" cəmi bir dəfə güclülər dəstəsində çıxış edib. 2012/13 mövsümündə elitada mübarizə aparan "Simurq"un rəqibi 10-cu pilləni turaraq aşağı liqaya yuvarlanıb. Komanda son mövsümü 1-ci liqanın 3-cü pilləsində başa vurub.
"Aluminiy"ə Damyan Romih başçılıq edir. Komandanın heyətində Bosniya və Hersoqovinadan bir legioner çıxış edir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər