"Simurq" təlim-məşq toplanışının ikinci mərhələsinə start verir. Fanat.az xəbər verir ki, Zaqatala klubu sabah ölkəni tərk edəcək.
"Simurq" hazırlıq prosesinin ikinci mərhələsini Avstriyada keçirəcək. Avqustun 1-dək davam edəcək toplanış müddətində komanda 5 yoxlama oyunu keçirəcək. Rəqiblərin siyahısı hələ tam dəqiqləşməyib. Amma onlardan biri Rusiyanın "Amkar" klubu olub.
Qeyd edək ki, "Simurq" toplanışın ilk mərhələsini 26 iyun - 13 iyul tarizlərində Sloveniyada keçirib və 3 matçda qüvvəsini sınayıb. Sloveniyanın "Aluminiy" klubunu yenən (1:0) Georgi Çixradzenin yetirmələri Makedoniya "Vardar"ı (2:2) və Xorvatiya "Lokomativa"sı (3:3) ilə heç-heçə oynayıb.
Fanat.az