"Simurq" və "Sumqayıt" yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ərazisində yeni tikilmiş meydançada baş tutan oyunda Zaqatala təmsilçisi qələbə qazanıb.
"Simurq" meydandan 2:1 hesablı qələbə ilə ayrılıb. "Sumqayıt"ın qapısına Nicat Qurbanov və İdan Vaitzman yol tapıb. "Simurq"u isə Mirzağa Hüseynpur məyus edib.
Fanat.az