Son üç qarşılaşmada "İnter"in qapısına qol belə vura bilməyən "Simurq" bu gün Topaz Premyer Liqasının VIII turunda növbəti dəfə "bankirlər"lə üz-üzə gələcək. Fanat.az xəbər verir ki, dünən görüşün keçiriləcəyi arenada son məşqinə çıxan Zaqatala klubu bir saatlıq çalışmalardan sonra hazırlıqların tamamlayıb.
Bundan sonra istirahətə çəkilən Georgi Çixradzenin yetirmələri hazırda qarşılaşmanın başlama vaxtını gözləyir. Komanda "İnter"lə oyuna ciddi itkilərlə çıxacaq. Mərkəz müdafiəçisi Banaş Adam və Murad Səttarlı bu görüşdə zədə səbəbindən forma geyinə bilməyəcək.
Fanat.az