"Simurq" Qəbələyə yola düşdü

"Simurq" Qəbələyə yola düşdü
Topaz Premyer Liqasının XVI turunda "Qəbələ"nin qonağı olacaq "Simurq" dünən Zaqatalada sonuncu məşqinə çıxıb. Fanat.az xəbər verir ki, iki saatlıq hazırlıq prosessi qaçış və isinmə hərəkətləri ilə başlayıb.
Qısa və uzun ötürmələrdən ibarət təmrinlər yerinə yetirildikdən sonra isə məşqçilər korpusu yetirmələrini iki qrupa bölüb. Kubok matçında əsas heyətdə forma geyinmiş futbolçular "kvadrat" oynadıqdan sonra hazırlığı tamamlayaraq istirahətə çəkilib. Digərləri isə taktiki tapşırıqları yerinə yetirib, ikitərəfli oyundan sonra isə qapıya zərbələr məşq edilib. 
"Simurq" bu gün səhər saatlarında Qəbələyə yola düşüb və son məşqini qarşılaşmanın oynanılacağı meydançada edəcək. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər