"Şerif" Bakıdan istədiyini apardı

"Şerif" Bakıdan istədiyini apardı

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsi start götürüb. Fanat.Az xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən "Qarabağ" ilk oyununu evdə keçirib.

Ağdam təmsilçisi bu mərhələdə Moldovanın "Şerif" klubunu sınağa çəkib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç saat 21.00-da başlayıb. Görüşü Belarusdan olan FIFA referisi Sergey Sinkeviç idarə edib. Oyunda hesab açılmayıb. Bakıya bərabərlik dalınca gələn "Şerif"in çalışdırıcısı oyunu müdafiədən qurub və komandasının qapısı qarşısında yaradılan çoxsaylı təhlükələrə baxmayaraq yekunda arzusuna çatıb. 

"Qarabağ" II təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubunu iki oyunun nəticəsinə görə 6:0 hesabı ilə yenib (5:0, 1:0). Təmsilçimiz "Şerif" səddini keçsə, Çempionlar Liqasının "pley-off" mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olmaqla yanaşı, ən azı Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək.

Çempionlar Liqası

III təsnifat mərhələsi

İlk oyun

25 iyul

21.00 Qarabağ (Azərbaycan) - Şerif (Moldova)

Hakimlər: Sergey Sinkeviç, Yevgeni Romanav, Vitali Malyutsin, Viktor Şimusik (Belarus).

UEFA nümayəndəsi: Kuanış Kanapyanov (Qazaxıstan).

Hakim-inspektor: İçko Lozev (Bolqarıstan).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

“Qarabağ”: 13. İbrahim Şehiç (q), 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Dino Ndlovu, 17. Donald Qerye, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 52. Yakub Jejniçak, 55. Bədavi Hüseynov

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 11. Mahir Mədətov, 21. Arif Daşdəmirov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 91. Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov

 

“Şerif”: 1. Zvonimir Mikoliç, 4. Racu Petru, 6. Viktor Oliviera, 9. Stefan Muqosa, 15. Kristiano Da Silva, 18. Corc Anton, 20. Kiril Bayala, 30. Yosip Brezoviç, 39. Ziduy Badibanqa, 55. Mateo Susiç, 90. Vaeçslav Posmak

Ehtiyat oyunçular: 25. Sergey Yuriç, 3. Yon Yardan, 7. Co Santos, 14. Benjamin Balima, 32. Yevgeni Oançea, 37. Vitalie Bordian, 99. Vitalie Damascan

Baş məşqçi: Roberto Bordin

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər