"Seltik" və "Monako" Çempionlar Liqasından "qovuldu"

"Seltik" və "Monako" Çempionlar Liqasından "qovuldu"
Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib. Fanat.az xəbər verir ki, ötən axşam ilk 5 matç baş tutub və qrup mərhələsinə vəsiqə qazanan 5 klub müəyyənləşib. 
5 oyundan sonra "Dinamo" (Xorvatiya), "Malmö" (İsveç), "Makkabi" (İsrail), "Şaxtyor" (Ukrayna) və "Valensiya" (İspaniya) qrupda oynamağa haqq qazanıblar. "Şkenderbeu" (Albaniya), "Seltik" (Şotlandiya), "Bazel" (İsveçrə), "Rapid" (Avstriya) və "Monako" (Fransa) isə Avropa Liqasının qrup mərhələsinə düşüb.
 
Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinin son 5 oyunu bu gün keçiriləcək.
Çempionlar Liqası
Pley-off mərhələsi
Cavab oyunları
25 avqust
Dinamo (Xorvatiya) - Şkenderbeu (Albaniya) 4:1
Qollar: Sudani, 9. 80, Hodziç, 15. Taravel, 55 - Eskerdinya, 10.
İlk oyun - 2:1.
 
Malmö (İsveç) - Seltik (Şotlandiya) 2:0
Qollar: Rozenberq, 23. Boyata, 55 (öz qapısına).
İlk oyun - 2:3.
 
Makkabi (Təl-Əviv, İsrail) - Bazel (İsveçrə) 1:1
Qollar: Zehavi, 24 - Zuffi, 11.
İlk oyun - 2:2.
 
Şaxtyor (Ukrayna) - Rapid (Avstriya) 2:2
Qollar: Marlos, 10. Qladki, 27 - Şaub, 13. Hoffman, 22.
İlk oyun - 1:0.
 
Monako (Fransa) - Valensiya (İspaniya) 2:1
Qollar: Raqqi, 17, Elderson, 75 - Neqredo, 4.
İlk oyun - 1:3.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər