"Qəbələ"nin 16 yaşadək futbolçulardan ibarət komandası Türkiyədə ikinci yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, təmsilçimizin bu dəfəki rəqibi "Seltik"in U-17 komandası olub.
"Qəbələ" yenə darmadağına üzülüb. Belə ki, Şotlandiya klubu Azərbaycan təmsilçisini 3 cavabsız qolla yenib - 3:0.
Qeyd edək ki, "Qəbələ" ilk oyununda Şotlandiyanın digər təmsilçisinə - "Hibernian"a (U-20) 0:5 hesabı ilə yenilmişdi.
Fanat.az