UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sabah"ın rəqibi olan Sloveniya təmsilçisi "Sele"nin iştirak ərizəsi müəyyənləşib.
Fanat.Az xəbər verib ki, Albert Rieranın baş məşqçisi olduğu komanda turnirə 24 futbolçu ilə başlayır.
Onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 10-u yarımmüdafiəçi, 3-ü hücumçudur.
Sifariş olunanların yarısı yerli, yarısı legionerlərdir. "Sele"də Xorvatiya, İspaniya, Litva, Polşa, Kosovo, İsveç, Rusiya, Bosniya və Herseqovinadan olan əcnəbi oyunçular çıxış edir.
Qeyd edək ki, "Sabah" "Sele" ilə ilk oyununu sabah - iyulun 10-da Bakıda, cavab görüşünü iyulun 17-də səfərdə keçirəcək.
Qapıçılar
1. Jan-Luk Leban (Sloveniya) - 22 yaş 12. Luka Kolar (Sloveniya) - 19 yaş 21. Simon Sluqa (Xorvatiya) - 32 yaş
Müdafiəçilər
2. Xuanxo Nieto (İspaniya) - 30 yaş 3. Damyan Vuklişeviç (Sloveniya) - 30 yaş 5. Qaşper Vodeb (Sloveniya) - 22 yaş 6. Artemiyus Tutışkinas (Litva) - 21 yaş 15. David Kastro Pazos (İspaniya) - 29 yaş 23. Jan Karniçnik (Sloveniya) - 30 29. Stiyan Qobets (Sloveniya) - 16 yaş 44. Lukaş Beyger (Polşa) - 23 yaş
Yarımmüdafiəçilər
4. Darko Hrka (Sloveniya) - 25 7. Floryan Yevşenak (Sloveniya) - 20 8. Mario Kvesiç (Xorvatiya) - 33 11. Milot Avdili (Kosovo) - 22 14. Çidi Anomnaçi (İsveç) - 20 16. İvitsa Vidoviç (Xorvatiya) - 23 17. Andrey Kotnik (Sloveniya) - 29 19. Mark Zabukovnik (Sloveniya) - 24 20. Nikita İosifov (Rusiya) - 24 38. Jan Luka Jujek (Sloveniya) - 18
Hücumçular
9. Franko Kovaçeviç (Xorvatiya) - 25 yaş 10. Daniel Şturm (Sloveniya) - 26 24. Faris Jevahiriç (Bosniya və Herseqovina) - 18