Ukraynalı futbolçu Yevgeni Seleznyov karyerasını Azərbaycanda çıxış edə bilər. Fanat.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Həmkarlarımızın iddiasına görə, Rusiyanın "Kuban" klubundan ayrılan 30 yaşlı forvard Seleznyov üçün 3 variant var: Azərbaycan, Qazaxıstan və Belarus. Onun hansı qərarı verəcəyi hələ bilinmir.
Qeyd edək ki, Yevgeni Seleznyov karyerası ərzində Ukraynanın "Şaxytor", "Arsenal", və "Dnepr" klublarında çıxış edib. Bu ilin əvvəlində "Kuban"a transfer olunan forvard 10 oyunda 3 qol vurub. 2008-ci ildən Ukrayna yığmasına çağırılan futbolçu 48 oyunda 11 qola imza atıb.
Seleznyov 2009-cu ildə "Şaxtyor"la UEFA Kubokunu (Avropa Liqası), 2008-2012-ci illərdə Ukrayna Super Kubokunu, 2012-ci ildə ölkə çempionluğunu və kubokunu qazanıb, 2015-ci ildə "Dnepr"lə Avropa Liqasının finalında iştirak edib. 30 yaşlı forvard 2011 və 2012-ci illərdə Ukrayna çempionatının bombardiri olub. "Transfermarkt" saytı ona 4,5 milyon avro qiymət qoyub.
Fanat.az