Qazaxıstanan "Şaxtyor" klubunun üzvü Akif Həsənov karyerasını Azərbaycanda davam etdirəcək. Fanat.az Qazaxıstan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı hücumçu "Qaradağ Lökbatan"a keçib.
Akif bir müddət əvvəl "Neftçi"də baxışdan keçirilsə də, komandada saxlanılmamışdı. Buna baxmayaraq, "Şaxtyor"un əvəzedici komandasından gələn futbolçu Azərbaycanı tərk etməyib və mövsümün sonunadək "Qaradağ Lökbatan"la müqavilə imzalayıb. O, yeni klubunda 94 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Akif Həsənov Azərbaycanın u-19 yığmasında da çıxış edib.
Fanat.az