"Şamaxı" "Sumqayıt"la oyunda bir futbolçunun xidmətindən məhrumdur

"Şamaxı" "Sumqayıt"la oyunda bir futbolçunun xidmətindən məhrumdur

Misli Premyer Liqasının 13-cü turunda "Sumqayıt"ı qonaq edəcək "Şamaxı" oyuna 1 itki ilə çıxacaq.

Bu barədə Fanat.Az-a "aslanlar"ın baş məşqçisi Ayxan Abbasov məlumat verib:

"Şükürlər olsun, oyuna ciddi itkisiz çıxacağıq. Cəzalı futbolçumuz yoxdur. Andrey Tirkiveanunu nəzərə almasaq, başqa zədəlimiz də yoxdur. Optimala yaxın heyətdən başqa, evdə oynayacağıq. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək".

 "Şamaxı" - "Sumqayıt" görüşü noyabrın 30-da Şamaxıda keçiriləcək. Matçın start fiti 14:00-da səsləndiriləcək. 

12 oyunda 14 xal toplayan "Şamaxı" turnir cədvəlinin 9-cu, aktivində 20 xal olan "Sumqayıt" isə 5-ci pilləsində mövqe tutub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər