"Şamaxı" "Sabah"la səfər oyununa belə hazırlaşır

"Şamaxı" "Sabah"la səfər oyununa belə hazırlaşır

Misli Premyer Liqasının (MPL) 11-ci turunda evdə "İmişli"ni 1:0 hesabı ilə məğlub edən "Şamaxı"nın milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dönəmindəki hazırlıq planları bəllidir.

Bunu Fanat.Az-a "aslanlar"ın sözçüsü Yusif Hüseynli açıqlayıb:

"Komanda "İmişli" ilə oyundan sonra 3 fün istirahət etdi. Noyabrın 11-dən məşqlər bərpa olunub. Sabah Şamaxı şəhər stadionunda 1-ci Liqa təmsilçisi "Şimal"la yoxlama oyunu nəzərdə tutulub".

Xatırladaq ki, "Şamaxı" MPL-in 12-ci turunda "Sabah"ın qonağı olacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər