"Şalke 04" Bakı klubuyla qarşılaşacaq

"Şalke 04" Bakı klubuyla qarşılaşacaq
Avstriyaya təlim-məşq toplanışına yollanacaq “Neftçi”nin yoxlama görüşlərindəki rəqiblərindən biri bəllidi. Fanat.Az Almaniya mətbuatına istinadən xəbər verir ki, Bakı klubu “Şalke 04” ilə qarşılaşacaq.

Domeniko Tedeskonu baş məşqçi postuna gətirən Bundesliqa təmsilçisinin Avstriyaya yollanacağı təsdiqlənib. Helzenkirhenlilərin yoxlama oyunlarındakı rəqibləri sırasında “Neftçi”nin də yer alacağı bildirilir.

“Şalke 04”ün Azərbaycan klubu ilə oyunu iyulun 26-da Noykirhendə baş tutacaq. 

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər