"Sabah"la "Araz-Naxçıvan" uduzdu, Azərbaycanın ən yaxın izləyicisi dəyişdi - REYTİNQ

"Sabah"la "Araz-Naxçıvan" uduzdu, Azərbaycanın ən yaxın izləyicisi dəyişdi - REYTİNQ

Avrokuboklarda 3-cü təsnifat mərhələsinə yekun vurulub. 

Fanat.Az-ın məlumatına görə, ötən gecə baş tutan oyunlardan sonra UEFA ölkələrin reytinqini yeniləyib.   Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilməyib. Buna səbəb Konfrans Liqasındakı təmsilçilərimiz "Sabah"la "Araz-Naxçıvan"ın məğlub olaraq mübarizəni dayandırması səbəb olub. 

Nəticədə cari mövsümdə qazanılan əmsal dəyişməz qalıb - 2.125. Hazırda ölkəmizin ümumi xal ehtiyatı 19.250-yə bərabərdir. 

Qitə sıralamasında 28-ci yerdə olan Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Ancaq ən yaxın izləyicimiz dəyişib. Bolqarıstan əmsalını 18.375-ə çatdıraraq Rusiyanı (18,299) qabaqlayıb və 29-cu yerə yüksəlib. Bir pillə öndə - 27-ci yerdə qərarlaşmış Ukraynanın xal ehtiyatı isə 19,725-dir.

55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (90.839) başçılıq edir.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər