"Sabah"ın Ulduzları"nda 2-ci tur başlayır - "Şəfa" yarışdan uzaqlaşdırıldı

"Sabah"ın Ulduzları"nda 2-ci tur başlayır - "Şəfa" yarışdan uzaqlaşdırıldı

AFFA və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkil etdiyi “Sabahın Ulduzları” turniri davam edir. 

Fanat.Az xəbər verir ki, U-14 yaş qrupunda daha 3 oyun keçirilib. 

"Sabah" "Sumqayıt"ı çətinliklə yenə bilib. Görüşün taleyini bir qol həll edib. “Neftçi” – EFA və “Xan” FK – “Zirə” qarşılaşmalarında isə nominal meydan sahibləri böyükhesablı qələbə qazanıblar.

“Sumqayıt” – “Sabah”  0:1 “Neftçi” – EFA 11:4 “Xan” FK – “Zirə” 5:1

Bununla da hər iki yaş qrupunda birinci tura yekun vurulub.

Bu gün isə U-15 yaş qrupunda 2-ci tur start götürəcək. 

16:00. "Zirə" - "Dinamo" 18:00. "Marafon" - EFA  20:00. "Qəbələ" - "Neftçi" 

Bu arada "Sabahın Ulduzları" oyunlarının Təşkilat Komitəsi önəmli qərar qəbul edib. Bununla bağlı məlumatda bildirilib ki, U-15 yaş qrupunda keçirilən oyunlar  Azərbaycanda baş tutacaq  FİFA U-15 Dünya çempionatı və Festivalında iştirak edəcək Azərbaycan milli komandasına futbolçu seçimləri və seleksiya xarakteri daşıyır. Bu yarışlarda FİFA-nın qərarına əsasən 2011/2012-ci il təvəllüdlü futbolçuların iştirakı nəzərdə tutulub. "Şəfa"nın heyətində 2011-ci təvvəllüdlü futbolçuların olmadığını, klub akademiyasının yeni formalaşdığını və klubun müraciətini nəzərə alaraq, komandanın "Sabahın Ulduzları" yarışlarında çıxışının dayandırılması ilə bağlı qərar qəbul edilib. Beləliklə, U-15 yaş qrupunda yarışlara  "Şəfa"nın əvəzinə "Rekord" komandası buraxılıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər