"Sabah"ın səfər qələbəsi Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

"Sabah"ın səfər qələbəsi Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

UEFA ötən gün Çempionlar Liqası və Konfrans Liqasında qeydə alınan nəticələrə əsasən ölkələrin reytinqini yeniləyib.

Fanat.Az-ın məlumatına görə, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilib. 

Buna "Sabah"ın Uels TNS-ini evdə olduğu kimi, səfərdə də yenməsi şərait yaradıb. Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda ölkəmizin hesabına daha 0.250 əmsal əlavə edib. 

Nəticədə cari mövsümdə qazanılan əmsal 1.000-ə yüksəlib. Hazırda ölkəmizin ümumi xal ehtiyatı 19.562-yə bərabərdir. Qitə sıralamasında 26-cı yerdə olan Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Ən yaxın izləyicimiz isə dəyişib. Slovakiyanı geridə qoyan Bolqarıstanın 18,312 xalı var. Bir pillə öndə - 25-ci yerdə qərarlaşmış İsrailin xal ehtiyatı isə 20,750-dir.

55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (101.852) başçılıq edir. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər