"Sabah"ın rəqibinin Bakıya nə vaxt gələcəyi dəqiqləşdi

"Sabah"ın rəqibinin Bakıya nə vaxt gələcəyi dəqiqləşdi

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Sabah"ın rəqibi olan "Hapoel Beer-Şeva"nın Azərbaycana səfər planı bəlli olub.

"Bayquşlar"ın mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, İsrail təmsilçisi Bakıdakı matça iki gün əvvəldən gələcək. 

Rəqib "Marriott Boulevard" hotelində məskunlaşacaq. Avqustun 24-də saat 18:30-da rəqib baş məşqçinin oyunöncəsi mətbuat konfransı, saat 19:00-da isə "Hapoel"in açıq məşqi olacaq. 

Qeyd edək ki, "Sabah" - "Hapoel Beer-Şeva" matçı avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Paytaxt təmsilçisi ilk oyunda 1:2 hesabı ilə məğlub olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər