"Sabah"ın qapıçısının yeni mövsümə harada başlayacağı dəqiqləşir - SON DURUM

"Sabah"ın qapıçısının yeni mövsümə harada başlayacağı dəqiqləşir - SON DURUM

"Sabah"ın qapıçısı Stas Pokatilov gələcək karyerası ilə bağlı qərarını qətiləşdirib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Qazaxıstan millisinin qolkiperi həm ölkəsinin "Aktobe" klubundan, həm də Rusiyadan təklif alıb.

"Bayquşlar"la Azərbaycan çempionu olan 33 yaşlı futbolçu iş yerini dəyişmək niyyətində deyil. Masazır təmsilçisi ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq "çərçivə" qoruyucusu öncə indiki klubu ilə anlaşma yeniləmək variantını nəzərdən keçirəcək. Tərəflər artıq bu yöndə danışıqlara başlayıblar və "Sabah"ın daha yaxşı maddi şərtlərlə onunla yeni saziş bağlayacağı gözlənilir.

Qeyd edək ki, cari mövsüm "çəhrayı-qaralar"ın heyətində bütün turnirlərdə 40 matça çıxan 38 qola üzülüb. O, bu qarşılaşmaların 15-də qapısını toxunulmaz saxlamağı bacarıb.

Toğrul   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər