"Sabah"ın müdafiəçisi Ukrayna klubuna keçir

"Sabah"ın müdafiəçisi Ukrayna klubuna keçir

Ukrayna təmsilçisi "Veres" müdafiə xəttini braziliyalı futbolçu ilə gücləndirməyə hazırlaşır.

Fanat.Az-ın məlumatına görə, Rivne klubu müqavilə ilə "Sabah"a məxsus olan 21 yaşlı mərkəz müdafiəçisi Andrey Santosu icarəyə götürür.

Cari mövsümə icarə əsasında Gürcüstanın "İberiya" klubunda başlayan 193 sm boya malik stoperin bu gün Rivne şəhərində tibbi müayinədən keçəcəyi gözlənilir.

Müqavilə şərtlərinə əsasən, Ukrayna təmsilçisi gənc futbolçunu 1 mövsümlük icarəyə götürməklə yanaşı, mövsümün sonunda onu yekun olaraq satın almaq hüququna da sahib olacaq.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər