"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas milli komandaların seçmə oyunlarına görə yaranan fasilədən istifadə edərək yetirmələrinə istirahət verib.
Klubun mətbuat sözçüsü Elnur Həmidovun Fanat.Az-a verdiyi məlumata görə, litvalı çalışdırıcı komanda üzvlərinin 4 gün dincəlməsinə şərait yaradıb.
Komanda məşqlərə oktyabrın 10-da başlayacaq. "Bayquşlar" 8-ci turun oyununun hazırlığına natamam heyətlə başlayacaq. Belə ki, paytaxt təmsilçisinin ümumilikdə 8 futbolçusu müxtəlif milli komandalara dəvət olunub. Konkret, 3 futbolçu (Rəhman Daşdəmirov, Anatoli Nuriyev və Abdulla Xaybulayev) Azərbaycanın əsas millisinə, 3-ü (Rəvan Mirzəmmədov, Xəyal Əliyev, Şahin İbrahimov) U-21-ə, 1-i (Stas Pokatilov) Qazaxıstan və daha 1-i (Umarali Raxmonaliyev) Özbəkistan yığmasına yollanıb.
Qeyd edək ki, "Sabah" 7-ci tur çərçivəsində 5 oktyabrda "Karvan-Yevlax"a 2:0 hesabı ilə qalib gəlib. Dambrauskasın baş məşqçisi olduğu komanda növbəti tur çərçivəsində 19 oktyabrda "Zirə"ni qonaq edəcək. Yeddi turda 6 oyun keçirən bakılılar 11 xalla hazırda 5-ci yerdə qərarlaşıblar.
Mirağa