"Sabah"ın fasilədən necə yararlanacağı dəqiqləşdi

"Sabah"ın fasilədən necə yararlanacağı dəqiqləşdi

Misli Premyer Liqasının 6-cı turu başa çatıb. Rəqiblərindən 1 matç az keçirən "Sabah" 15 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Bayquşlar" son oyunda evdə "İmişli"ni 1:3 məğlub edərək milli fasiləyə 3 xalla yollanıb. 

"Sabah"ın sözçüsü Elnur Həmidovla əlaqə saxlayıb fasilə dönəmindəki planları barədə soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Futbolçular hazırda istirahətə buraxılıb. Yoxlama oyununun keçirilməsi nəzərdə tutulmayıb. Komanda məşqlərini sentyabrın 28-də bərpa edəcək".

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər