“Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi dörd ev oyunu üçün VIP paket biletlər satışa çıxarılır. Fanat.Az xəbər verir ki, VIP paket bilet sahibləri “Slaviya” (Praqa), “Borussiya” (Dortmund), “Barselona” və “Napoli” ilə qarşılaşmaları Bakı Olimpiya Stadionunun VIP sektorundan izləyə biləcəklər. VIP sektorda qidalanma xidməti təqdim olunacaq, həmçinin qonaqlar üçün əyləncə proqramının təşkili və DJ ifasında musiqi səsləndirilməsi də nəzərdə tutulur. Bu imkanlar azarkeşlərə Çempionlar Liqası oyunlarının ab-havasını xüsusi şəraitdə yaşamaq imkanı verəcək. VIP paket biletin qiyməti 1500 manatdır və dörd qarşılaşmanın hamısına şamil edilir. Qeyd edək ki, VIP sektorda əyləncəli tədbirlər ancaq “Slaviya”, “Borussiya” və “Barselona” ilə oyunları əhatə edəcək.
"Sabah"ın Çempionlar Liqası oyunları üçün VIP paket biletlər satışda
TREND
Azərbaycan futbolu
23:31
07.10.2026
"Qarabağ"ın gənc hücumçusuna Avropa nəhəngindən dəvət
Azərbaycan futbolu
16:43
08.10.2026
Ayxan Abbasov Rusiyanın elita klubunun əsas qapıçısı ilə maraqlanacaq - AÇIQLAMA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
01:20
09.10.2026
"Rakuv" Abdullanı istədi, Puxaç "yox" dedi
Oxşar xəbərlər
Azərbaycan futbolu
18:07
12.10.2026
"Karvan"a qarşı mübarizəyə komanda şəklində hazırıq" - "Gəncəbasar"ın vingeri
Azərbaycan futbolu
17:35
12.10.2026
"Ümid edirəm ki, "Sabah" ÇL-dəki ilk ev oyununda ilk uğurlu nəticəsinə imza atacaq" - Samir Əliyev
Azərbaycan futbolu
17:17
12.10.2026
“Kəpəz” - “Zirə” matçının biletləri satışa çıxarıldı
Azərbaycan futbolu
17:03
12.10.2026
"Ardıcıl məğlubiyyətlər bu komandada müəyyən inamsızlıqlar yaradır" - Rüstəm Məmmədov