"Sabah"ın da istədiyi vinger Toral Bayramovla komanda yoldaşı oldu

"Sabah"ın da istədiyi vinger Toral Bayramovla komanda yoldaşı oldu

"Gənclərbirliyi"nin sabiq futbolçusu Henri Onyekurunun gələcəyinə aydınlıq gəlib.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sporx" yayıb.

O, I Liqa təmsilçisi "Bursaspor"la anlaşıb. Azəbaycan milli komandasının üzvü Toral Bayramovla komanda yoldaşı olacaq.

Xatırladaq ki, maliyyə şərtlərində razılıq əldə olunmadığı üçün nigeriyalı futbolçunun "Sabah"a keçidi baş tutmamışdı.

29 yaşlı vinger əvvəllər "Anderlext", "Qalatasaray", "Monako", "Olimpiakos" kimi komandaların şərəfini qoruyub.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər