"Sabah"ın basketbol komandası ÇL-də son çempionla üz-üzə gələcək

"Sabah"ın basketbol komandası ÇL-də son çempionla üz-üzə gələcək

"Sabah" basketbol komandasının FIBA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibləri müəyyənləşib.

Fanat.Az-ın məlumatına görə, "bayquşlar"ın hansı qrupda yer  alacağı turnirin püşkatma mərasimində bəlli olub.

A qrupunda mübarizə aparacaq Azərbaycan çempionu "Trabzonspor" (Türkiyə), "Nanter 92" (Fransa), "Ritas" (Litva) ilə münasibətlərinə aydınlıq gətirəcək.

Litva təmsilçisi sözügedən turnirin son qalibidir.

Əsas mərhələyə oktyabrın 6-da start veriləcək. Qrupun qalibi birbaşa ən güclü "16-lığ"a vəsiqə qazanacaq. İkinci və üçüncü yerləri tutan komandalar isə yan qrupun müvafiq təmsilçiləri ilə 3 oyunluq seriyada 2 qələbəyədək davam edən "play-in" mərhələsində üz-üzə gələcəklər.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər