"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

Misli Premyer Liqasının 3-cü turunda Qəbələdə "Araz-Naxçıvan"ın qonağı olacaq "Sabah"ın heyəti ilə bağlı son vəziyyət açıqlanıb.

"Bayquşlar"ın sözçüsü Elnur Həmidovun Fanat.Az-a verdiyi məlumata görə, komandada cəzalı futbolçu yoxdur.

Klub rəsmisi yalnız zədəli hücumçu Xəyal Əliyevin qarşıdakı çempionat matçında meydana çıxmayacağını, onun hazırda fərdi məşqlərini davam etdirdiyini bildirib.

Qeyd edək ki, "Araz-Naxçıvan" - "Sabah" görüşü bu gün keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq matçın start fiti 18:00-da səsləndiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər