"Sabah"da ayrılıq yaşandı

"Sabah"da ayrılıq yaşandı

"Sabah" klubunun məşqçilər korpusunda ayrılıq reallaşıb. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, baş məşqçi Valdas Dambrauskas Ruslan Qafitullini məşqçilər korpusunda görmək istəməyib.

Qafitullin maaşı saxlanılmaqla, "Sabah"ın U-17 komandasına baş məşqçi təyin olunub.

Ruslan Qafitullin əvvəllər "Neftçi"nin və "Səbail"in Futbol Akademiyasında məşqçi kimi fəaliyyət göstərib. O, daha sonra "Sabah"ın əsas komandaya keçib və "bayquşlar"da bir neçə baş məşqçilərlə işləyib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər