"Sabah"a gələndə lağa qoyurdular, indi isə millisinin radarındadır

"Sabah"a gələndə lağa qoyurdular, indi isə millisinin radarındadır

"Sabah"ın polşalı müdafiəçisi Timoteuş Puxaçın Azərbaycan təmsilçisindəki uğurlu çıxışı və Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması Polşa mətbuatının diqqət mərkəzinə düşüb.

Fanat.Az xəbər verir ki, onun ölkəmizdəki performansı milli komandaya çağırılma ehtimalını yenidən gündəmə gətirib.

Transferdən əvvəl onun Azərbaycan seçimini tənqid edənlər olsa da, futbolçu "Sabah"ın heyətində Çempionlar Liqasında oynamaq haqqı qazanaraq bütün şübhələri boşa çıxarıb.

Polşalı jurnalistlər Puxaçın Azərbaycandakı karyerasından maksimum faydalandığını və bu performansın ona milli komandanın qapılarını açacağını bildirirlər.

Qeyd edək ki, Puxaç sonuncu dəfə 2024-cü ilin noyabrında Polşa millisinin formasını geyinib və həmin vaxtdan yığmaya çağırılmayıb.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər