"Sabah" üzərində qazanılan qələbə komandaya müsbət təsir etdi" - Maykl Karrik

"Sabah" üzərində qazanılan qələbə komandaya müsbət təsir etdi" - Maykl Karrik

“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik “Mançester Siti” ilə derbi öncəsi komandasının hazırlığı barədə danışıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Reuters" yayıb.

İngiltərəli mütəxəssis derbinin həm futbolçular, həm azarkeşlər, həm də məşqçilər üçün xüsusi qarşılaşma olduğunu bildirib. Karrik komandasının bu oyunu səbirsizliklə gözlədiyini vurğulayıb.

“Mançester Yunayted” həftəiçi UEFA Çempionlar Liqasında “bayquşlar”ı 4:0 hesabı ilə məğlub edib. Karrik bildirib ki, "Sabah" üzərində qazanılan qələbə komandanın əhval-ruhiyyəsinə müsbət təsir etdiyini qeyd edib.

Baş məşqçi həmçinin “Sabah”la oyunda qol vuran Benjamin Şeşkonun son vaxtlar formaya düşməsindən məmnun olduğunu bildirib. Karrikin sözlərinə görə, sloveniya­lı hücumçunun sürəti və fiziki gücü komanda üçün əlavə üstünlük yaradır.

“Mançester Yunayted” – “Mançester Siti” qarşılaşması “Old Trafford” stadionunda keçiriləcək. Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər